Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:02

ATƏT sədri atəşkəsə tam əməl etməyə çağırır


Frank-Walter Steinmeier
Frank-Walter Steinmeier

►“Təmas xəttində vəziyyət gərgin olaraq qalır. Mən son itkilərdən dərin təəssüflənir və tərəfləri atəşkəs rejiminə tam əməl etməyə çağırıram”.

Bunu hazırda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier mayın 17-də Dağlıq Qarabağla bağlı bəyanatında bildirir.

Steinmeier ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə mayın 16-da Vyanada bir araya gəlməsini alqışlayır.

O, prezidentlərin atəşkəs rejimi, sülh prosesinə bir daha sadiq qalmaları və iyunda yenidən görüşmək qərarından məmnun olduğunu bildirir.

Steinmeier qeyd edir ki, biz təmas xəttində baş verənlərin araşdırılması üçün mexanizm hazırlanmasına yönəlmiş səyləri tam dəstəkləyir və bu yöndə iş aparacağıq.

O bildirib ki, atəşkəs rejiminin möhkəmlənməsi hərtərəfli həllə bağlı danışıqların bərpasına şərait yaradılmasında olduqca vacibdir.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub.

____________________________________________________________

Bunlara da bax:
Mehriban Əliyevadan 10 min nəfərlik amnistiya təşəbbüsü
Naxçıvanda «sosialızm qurulub»

____________________________________________________________

Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

XS
SM
MD
LG