Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:13

‘Milyonları görmədilər, gözəllik salonuna xərclənmiş 100 manatı qabardırlar’


Cahangir Hacıyev
Cahangir Hacıyev

"Cahangir Hacıyevin həyat yoldaşının, qızının adına olan kredit kartlarından səhmlərin alınmasına verilən milyonları görmədilər, gözəllik salonuna xərclənmiş 100 manatı qabardırlar", – bunu deyən vəkil Aqil Layıcovdur.

O, Beynəlxalq Bankın il yarımdır həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin vəkilidir.

Buna da bax:​ 'ABB-nin iflası dünya maliyyə bazarını çökdürə bilər'

“POZUNTULAR TƏSDİQİNİ TAPMAYIB”

Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunanların hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam edir. Mayın 31-də Bakı Apellyasiya Məhkəməsində prokuror çıxış edib. Deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsaslıdır, qanunidir. Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin olunmamasını, hökmün qüvvədə saxlanmasını təklif edib: "Cahangir Hacıyev və digərlərinin cinayəti məhkəmədə özlərinin və şahidlərin ifadələri, kompleks ekspertiza rəyləri ilə sübuta yetirilib. Vəkillər plastik kartlardan çıxarılan pulların layihələrə yönəldilməsini təsdiqləyən sübutlar yoxdur. Cahangir Hacıyevin vəkilləri ötən iclasda müəyyən sənədlər təqdim etsələr də, onlar əvvəlki illərə aiddir. İstintaq zamanı Cahangir Hacıyevə qarşı pozuntular da təsdiqini tapmayıb".

Buna da bax:​ Cahangir Hacıyev Beynəlxalq Bankın müflisləşməsindən danışdı

Aqil Layıcov
Aqil Layıcov

Prokurorun çıxışı Cahangir Hacıyevin vəkillərinin etirazına səbəb olub. Vəkil Fəxrəddin Mehdiyev deyib ki, prokurordan elə belə də çıxış gözləyirdilər: "Prokuror sanki bu məhkəmədəki çıxışları, bizim dediklərimizi eşitmir. Biz deyirik ki, bunların mütəşəkkil dəstə olduğunu sübut eləyin, ittiham vermisiz. Sübut yoxdur. Nə mənimsənilib, kim mənimsəyib? Bu suala da cavab yoxdur. O qədər qanunsuzluqlara gediblər ki, geri çəkilməyə yol yoxdur. Cahangir Hacıyevin ailəsinə total təzyiqlər var. Vərəsəlik məsələsi nədir ki, bacısına bu məsələdə də problem yaradırlar, qeydə almırlar, ölkədən çıxışına qadağa qoyulub. Rusiyanın keçmiş baş naziri deyirdi ki, nə qədər faydalı iş görmək istəyirik, amma yenə bizdən "Kalaşnikov" çıxır. İndi biz də ortaya nə qədər sübutlar qoysaq da, prokurorun mövqeyi dəyişmir".

7 MİLYON 7 MİN 405 MANATLIQ MÜLKİ İDDİA

Bankirin digər vəkili Aqil Layıcov deyib ki, məhkəmədə təxminən 84 nəfər dindirilib, onların heç biri Cahangir Hacıyev və digərlərinə 1 manat verildiyini deməyiblər.

Buna da bax: Londonda Beynəlxalq Bank müzakirələri: Hələlik, nəticə yoxdur

Vəkillər həm Beynəlxalq Bankın, həm də bankın problemli kreditlərinin həvalə olunduğu "Aqrarkredit"in zərərçəkmiş kimi tanınması, hər ikisinin mülki iddiasının təmin olunmasına da etiraz edib.

"Aqrarkredit"in nümayəndəsi Beytulla İmamverdiyev məhkəmədə bildirib ki, 7 milyon 7 min 405 manatlıq mülki iddianı müdafiə edir, bu məbləğin müştərək qaydada təqsirləndirilən şəxslərdən alınmasını istəyirlər.

Çıxışlardan sonra Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası müşavirəyə gedib. Qərar isə iyunun 1-də elan olunacaq.

Buna da bax:​ AXCP sədri: 'Ölkə başçısının xəbəri olmadan...'

XATIRLATMA

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

Beynəlxalq Bank işi üzrə mühakimə olunan 8 nəfərdən dördünə şərti cəza verilib. Həbsdə olan 4 nəfərlə yanaşı, şərti cəza almış Məmməd Cahangirov da apellyasiya şikayəti verib. Cahangir Hacıyevin rəhbərliyi dövründə bankın Nərimanov filialının rəhbəri olmuş Məmməd Cahangirov hazırda "AFB Bank"ın İdarə Heyətinin üzvüdür. O, barəsindəki hökmü qanunsuz və əsassız sayır, bəraət almaq istəyir.

XS
SM
MD
LG