Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:32

Ramil Usubov: «Hamı cüt nömrə istəyir»


Nazir avtomobilin sərxoş vəziyyətdə və ya sürətlə idarə edilməsinə görə verilən cəzanın sərtləşdiriləcəyini də bildirib
Nazir avtomobilin sərxoş vəziyyətdə və ya sürətlə idarə edilməsinə görə verilən cəzanın sərtləşdiriləcəyini də bildirib

Daxili İşlər naziri Ramil Usubov Dövlət Yol Polis İdarəsinin (DYPİ) rəisi Ramiz Zeynalova tapşırıb ki, cüt nömrəsi olan bahalı maşın sahiblərinin siyahısını tez bir vaxtda hazırlayıb ona çatdırsın: «Bir xəstəlik yayılıb, hamı cüt nömrə istəyir. Ya da hansısa məmurun nömrəsinə uyğun nömrə axtarırlar. Bu nömrələri rüşvət verib alırlar».


Nazir yol polisinin cüt nömrəsi olan maşın sahiblərinin yol hərəkəti qaydalarını pozmasına göz yumduğunu deyib.


Bundan başqa, cənab Usubov avtomobilin sərxoş vəziyyətdə və ya sürətlə idarə edilməsinə görə verilən cəzanın sərtləşdiriləcəyini də bildirib. O, bütün bunları 2006-cı ilin ilk altı ayının yekunlarına dair iyulun 27-də keçirilən kollegiya iclasında bildirib. Nazirin sözlərinə görə, ölümlə nəticələnən yol qəzalarının qarşısının alınması üçün görülən tədbirlər gözlənən nəticəni verməyib. Ramil Usubovun fikrincə, yol hərəkəti qaydalarının pozulmasına tətbiq edilən inzibati cəza sərtləşdirilməsə qəzaların qarşısını almaq çətin olacaq. Bunun üçün də nazirlik qanunvericilikdə dəyişiklik edilməsi üçün təkliflər hazırlayıb.



XS
SM
MD
LG