Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:30

ABŞ-ın gələcək prezidentinə 10 tövsiyə


Mitt Romney və Barack Obama
Mitt Romney və Barack Obama
-
«ABŞ-ın insan hüquqları ilə bağlı siyasətinin yenidən nəzərdən keçirilməsi baxımından növbəti prezident seçkisi həlledici an olacaq. Növbəti prezident – istər Obama administrasiyası olsun, istərsə də Romney administrasiyası - bir çox beynəlxalq məsələlərlə üzləşəcək. İnanırıq ki, bu məsələlər içərisində insan hüquqları xüsusi diqqətə layiqdir».

«Freedom House», İnsan Hüquqları İşçi Qrupu və «Connect US Fund»ın hazırladığı sənəddə belə deyilir.

Sənəddə deyilir ki, insan hüquqlarının təşviqi amerikalıların dünyanın bütün xalqları ilə bölüşdüyü universal dəyərlərin ifadəsidir. Digər tərəfdən isə, xaricdə ABŞ maraqlarının həyata keçirilməsinin ayrılmaz tərkib hissəsidir:

«Növbəti administrasiyanın xarici siyasətdəki uğuru insan hüquqlarını səmərəli müdafiə etmək qabiliyyətindən asılı olacaq. İnsan hüquqları ABŞ-ın xaricdəki fəaliyyətinin bütün aspektlərinə təsir göstərir. İnsan hüquqlarını pozan hökumətlər, biznesdən tutmuş silahlara nəzarət və antiterror fəaliyyətinə qədər ABŞ-ın maraqları baxımından qeyri-sabit, etibarsız tərəfdaşlarıdır».

Sənəddə bildirilir ki, növbəti administrasiya rəhbər vəzifələrə insan hüquqları sahəsində effektiv siyasət yeritməyə qadir olan şəxsləri seçməlidir. Dövlət katibinin seçilməsində də əsas meyar onun insan hüquqlarına sadiqliyi olmalıdır.

Sənədi imzalayan təşkilatlar növbəti administrasiya qarşısında duran 10 prioritet məsələni sadalayır. Bildirilir ki, ABŞ bu məsələlərə qeyri-adekvat yanaşsa, bundan ABŞ maraqları və xaricdəki etibarı zərər çəkəcək.

10 PRİORİTET MƏSƏLƏ

ABŞ administrasiyasına aşağıdakı məsələlərə üstünlük verməsi tövsiyə olunur:

1. Beynəlxalq normalar və insan hüquqlarının bəşəriliyi ilə bağlı ABŞ-ın liderliyi.

2. Genosid və kütləvi qırğınların qarşısının alınması, cavabdehlərin məsuliyyətə cəlb edilməsi.

3. İnsanları terror təhlükəsindən qoruyarkən istər ölkə daxilində, istərsə də xaricdə insan hüquqlarına hörmət.

4. Vətəndaş cəmiyyətinə qarşı koordinasiya olunmuş qlobal hücuma, o cümlədən hüquq müdafiəçilərin qətlinə, həbsinə və təhqir edilməsinə qarşı çıxma.

5. Ərəb inqilablarından irəli gələn demokratiya və insan hüquqları imkanları və problemləri ilə fəal məşğul olmaq.

6. İri korporasiyaları öz fəaliyyətləri zamanı insan hüquqlarının pozulmasında iştirakdan çəkindirməyi təmin etmək

7. Seksual və gender xarakterli zorakılıq qurbanlarının ədalət mühakiməsinə çıxışını, cavabdehlərin bütünlükdə məsuliyyətə cəlb edilməsini təşviq etmək.

8. İnsan hüquqlarını pozan hökumətlərlə ABŞ-ın əlaqələrini və müttəfiqliyini nəzərdən keçirmək.

9. İnsan hüquqlarını pozan və ABŞ ərazisində olan şəxslərin Beynəlxalq Məhkəmə məsuliyyətinə cəlb edilməsini dəstəkləmək.

10. Qaçqınların, miqrantların hüquqlarını nəzərdə tutan normaları ölkə daxilində və xaricdə təbliğ etmək.

Hesabatda qeyd edilir ki, bütün bunlar həm Obama, həm də Romney ilə müzakirə olunacaq.
XS
SM
MD
LG