Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:32

Avropa Parlamenti İlqar Məmmədovu təcili azad etməyə çağırıb


Avropa Parlamenti
Avropa Parlamenti
Avropa parlamenti Azərbaycan rəsmilərini REAL hərəkatının lideri İlqar Məmmədovu təcili azad etməyə çağırıb. İyunun 13-də qəbul edilən qətnamədə xatırladılır ki, İlqar Məmmədov müxalif REAL təşkiltı tərəfindən qarşıdakı prezident seçkilərində İlham Əliyevə rəqib elan olunmuşdu və tezliklə həbs olundu. Deputatlar rəsmi Bakıdan ona qarşı cinayət işinin dayandırılması və ittihamların təcili, ədalətli və şəffaf şəkildə araşdırılmasını tələb edirlər.

Avropalı deputatlar həmçinin Azərbaycanda siyasətçilər, fəallar və jürnalistlərə qarşı qondarma ittihamlar irəli sürlüməsi ilə bağlı məlumatlardan dərin narahatlııq bildirirlər. Onlar Avropa Komissiyasının prezidenti Jose Manuel Barrasonu iyunun 21-sdə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu barədə məsələ qaldırmağa çağırıblar.

İlqar Məmmədov bu ilin yanvarında İsmayıllıda icra başçısının istefası ilə nəticələnən hadisələrə görə həbs olunub. O ictimai asaişi pozmaq və hakimiyyət nümayəndəsinə qarşı zor işlətməkdə ittiham olunur.

Qətnamənin məzmunu və bu sənədə olan reaksiyalar iyunun 14-də azadliq.org saytında AzadliqRadiosunun efirindəAzadliqRadiosu.TV kanalında daha geniş müzakirə olunacaq. Sənin də fikir və şərhlərin bizə maraqlı olardı, aşağıda, foruma (şərhlər) yaz, canlı efirdə səsləndirək.
XS
SM
MD
LG