Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:56

Son 6 ayda polis idarəsində 3 nəfərin işgəncədən öldüyü bildirilir


İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov

İşgəncələr Əleyhinə Komitə Azərbaycanda işgəncələrlə bağlı vəziyyət haqqında yarım illik hesabat hazırlayıb. Komitənin sədri Elçin Behbudov «Azadlıq» radiosuna bildirib ki, qurumun apardığı monitorinqlərə görə, vətəndaşlar daha çox polis idarələrində işgəncələrə məruz qalırlar. Son 6 ayda 3 nəfər polis bölməsində aldığı işgəncələrdən sonra dünyasını dəyişib, onlarla adam təhqirlərə məruz qalıb: «İlin 6 ayı tamamlandı, artıq biz polis şöbəsində 3 ölüm hadisəsini aşkar etmişik. Məlum oldu ki, onlar işgəncəylə dünyalarını dəyişiblər».


Cənab Behbudovun sözlərinə görə, hesabat beynəlxalq təşkilatlara və Daxili İşlər Nazirliyinə də təqdim olunacaq.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən isə deyirlər ki, hesabat təqdim olunarsa, orada göstərilən faktlar Daxili Tədqiqatlar İdarəsində araşdırılacaq.


Bu yaxınlarda Mingəçevir Şəhər Polis İdarəsində Qarabağ əlili Rasim Əlişovun ölümündən sonra Cinayət-Axtarış Bölməsinin rəisi həbs olunub.


Daxili İşlər naziri Ramil Usubov avqustun 11-də bildirib ki, son 7 ayda işində yol verdiyi nöqsanlara görə, 20 nəfər polis əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.


XS
SM
MD
LG