Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:53

Yaraqlılar onun pianosunu yandırdılar


Ayham al-Ahmad (BBC)
Ayham al-Ahmad (BBC)

►"İŞİD mənə dedi ki, musiqi alətlərinin haram olduğunu bilmirsən?"

Pianoçu Ayham Ahmed Dəməşq yaxınlığında fələstinli qaçqınların “Yarmuk” adlı düşərgəsində yaşayırdı.

Bir müddət əvvəl Ayhamın internetdə yayılan videoları xarabalığa dönmüş bu düşərgədə yaşamaq uğrunda mübarizənin rəmzinə çevrilmişdi. Ancaq Ayham artıq Suriyanı tərk eləmiş milyonlarla adamdan biridir.

Ayham BBC-yə düşərgədən köçməyə məcbur qalmasından və təhlükəli Avropa səfərindən danışıb:

“Yarmuk düşərgəsinin bir hissəsinin mühasirəyə alınmasından 6 ay sonra orda nəfəs almaq mümkün deyildi. Düşərgəyə un, çörək gətirmək qadağan idi. Hər şey qadağan idi. Deyirdik ki, kaş aldığımız havanı da kəsəydilər. Uşaqlarımı çətin vəziyyətə saldığımı görə özümü günahlandırırdım – axı, niyə burda qaldım?"

Buna da bax: Bakıda “Nurcu”lara qarşı reyd keçirilib

Uşaq acından ağlayırdı...

Ayham deyir ki, oğlunun acından ağlamasından sonra daha dözə bilməyib:

“Ən çətin anlar oğlum Ahmedin sübh tezdən ağladığını eşitməyim idi. Ac idi, ona süd də verə bilmirdim. Bir az pulum vardı. Ancaq bu pulla ona heç nə ala bilmirdim. Həyatımın ən ağır vaxtları idi. Bundan əvvəl heç vaxt bu cür vəziyyyətə düşməmişdim”.

Aprel ayında – doğum günündə Ayham düşərgəni tərk etmək qərarı verir:

“Məni təhlükəyə atdığı üçün artıq piano da çala bilmirdim. Pianonun üstünə karton parçaları çəkib vaqona atdım. Bundan sonra düşərgədən çıxdım. Nəzarət nöqtəsində bir İŞİD üzvü vardı. Mənə dedi ki, musiqi alətlərinin haram olduğunu bilmirsən?” Bundan sonra pianomu yandırdılar."

Ayham çox çətinliklərdən sonra Türkiyəyə gəlib çıxıb:

“İlanların arası ilə 4 saat yol gəldim. Həmin vaxt Allaha şükr edirdim ki, nə yaxşı uşaqlar yanımda deyil. Sonra dəniz yolu. Dəniz səfərlərindən çox qorxuram. İzmirə yaxınlaşdıqca narahat olmağa başlayırdım. Fikirləşirdim ki, “görəsən, dəniz sonuncu dəfə 2007-ci ildə Lazkiyedə gördüyüm kimi olacaq? Mənimlə yaxşı davranacaq, yoxsa bir neçə gün əvvəl o uşağın canını aldığı kimi bizi də sularına qərq edəcək?"”

Buna da bax: Bahalaşma belə yaranır...

Türkiyəyə keçəndən sonra həyatı çox dəyişir

Ayham deyir ki, aldadılmaması üçün çox diqqətli olmalıymış. Pulu da az qalıb:

“Tezliklə bu məşəqqətli səfəri başa vurub Almaniyaya getmək, Dəməşqdəki uşaqlarımı və həyat yoldaşımı yanıma gətirmək, onları yenidən görmək istəyirəm. Türkiyə yolunda fırtınayla üzləşdim. Külək artır, hava getdikcı soyuyur, dalğalar böyüyürdü. Çox yorğundum. Qayığın motoru xarab olanda Türkiyədə iki gün çarəsiz qaldıq. Allaha şükür, indi burdayam. Gözəl bir hissdir. Hər keçdiyim bölgədən bir ümidin yüksəldiyini hiss edirəm”.

Ayham deyir ki, Suriyadan Türkiyəyə keçəndən sonra həyatı çox dəyişib:

“İzmirdə suyun gəldiyini, işığın kəsilmədiyini gördüm. İndi meşələri, gözəl təbiəti, təmiz sahilləri görürəm. İndi Yunanıstandayam. Xoşbəxtəm, özümü rahat hiss edirəm. İndi təhlükədən, boğulmaq təhlükəsindən uzağam. Ümid edirəm ki, ailəmi gətirə biləcəyim təhlükəsiz bir yerə gedib çıxa biləcəyəm. Çünki hər yer uşaqlarım - Ahmed, Kinan və analarıyla daha gözəl olacaq”.

XS
SM
MD
LG