Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:41

Eynulla Fətullayev Vokinq şəhərinin fəxri vətəndaşı seçilib


Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib
Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib
«Mən sizin üçün dua edirəm. Siz də Zimbabve üçün Allaha dua edin. Çünki Zimbabve də Azərbaycan kimi böhran içindədir».

Bu fikirləri Zimbabvedən D.Kodzutni adlı şəxs 8 il 6 ay azadlıqdan məhrum edilən «Realnı Azərbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə yazıb. Bu barədə «Azadlıq» radiosuna jurnalistin atası Emin Fətullayev məlumat verib.

Emin Fətullayev iyunun 24-də 12 saylı cəzaçəkmə müəssisəsində oğlu Eynulla Fətullayevlə görüşüb:

- Eynullanın səhhəti yaxşıdır. Mən ona son iki həftədə dünyanın müxtəlif güşələrindən gələn məktub və açıqcaları çatdırdım.

Emin Fətullayevin deməsinə görə, Eynulla Fətullayev İngiltərənin Vokinq şəhərinin fəxri vətəndaşı seçilib.

Şəhərin meri Tina Liddinqtonun «Şamlar hələ yanır» kampaniyası çərçivəsində jurnalistə ünvanladığı açıqcada bildirilir:

«Əziz Eynulla! Ümidinizi itirməyin, mən sizin haqqınızda düşünürəm».

Emin Fətullayev deyir ki, onlar hazırda Avropa İnsan Haqları Məhkəməsinin qərarını gözləyirlər. May ayının 26-da yekun şikayətlərini Avropa Məhkəməsinə təqdim ediblər.

Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Məhkəmənin hökmü ilə 8 il 6 ay cəza alan jurnalist terrora çağırışda, vergidən yayınmaqda və mili ədavəti qızışdırmaqda ittiham edilir. Beynəlxalq təşkilatlar Eynulla Fətullayevi vicdan məhbusu sayırlar.
XS
SM
MD
LG