Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:25

«Elmar Hüseynovun qətlini mən təşkil etmişəm»


. «H.Məmmədov etirafında bildirib ki, E. Hüseynovun qətlini o təşkil edib»
. «H.Məmmədov etirafında bildirib ki, E. Hüseynovun qətlini o təşkil edib»
«Yeni Müsavat»: «Elmar Hüseynovun qətlini mən təşkil etmişəm»:

«Hacı Məmmədovdan hüquq müdafiəçisinə şok etiraflar. Ömürlük cəza çəkən polkovnik Elçin Behbudova jurnalistin öldürülməsinin təfsilatlarını danışıb; iddia olunur ki, ortada yazılı vəsiyyət var!!!

Çoxsaylı qətllər və digər ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki Hacı Məmmədov İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudova etiraflar edib. Hətta bizdəki məlumata görə, onun bu şok etirafları yazılı şəkildə hüquq müdafiəçisinə təqdim olunub.

Mətbuatdan da məlum olduğu kimi, hüquq müdafiəçisi bir neçə gün öncə MTN-in İstintaq Təcridxanasında H.Məmmədovla görüşüb. Bu görüşdən sonra E.Behbudov bildirmişdi ki, H. Məmmədov ona yağlı boya ilə çəkilmiş daha bir şəkil bağışlayıb. Komitə sədrinin bildirdiyinə görə, şəklin üzərində müqəddəs Məryəmin, mələk Cəbrayılın və iki qu quşunun əksi həkk olunub. E. Behbudov həmçinin bildirmişdi ki, H. Məmmədov şəklin böyük məna kəsb etdiyini desə də, onu açıqlamaqdan imtina edib.

Amma sən demə, həmin görüş zamanı H. Məmmədovla hüquq müdafiəçisi arasında mətbuata açıqlanmayan sensasion söhbət olub və iddiaya görə, qanqster E. Behbudova özünün bir çox sirlərinin əksini tapdığı məktub verib. Onu da öyrəndik ki, bu məktub təxminən vəsiyyət xarakterlidir. Görüş zamanı H. Məmmədov belə yaşamaqdan bezdiyini və intihar etmək istədiyini deyib. Qanqster deyib ki, yeməyinə zəhər qatılmasını istəyir. Məktubu hüquq müdafiəçisinə verərkən deyib ki, onda çox sirlər yatır və öləndə onları özü ilə o dünyaya aparmaq istəmir. H.Məmmədovun məktubunda bir çox sensasion faktlar var. Ən şok məlumat isə onun hüquq müdafiəçisinə verdiyi məktubda «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlıdır. Qanqster etirafında bildirib ki, E. Hüseynovun qətlini o təşkil edib. H.Məmmədov həmçinin bu qətlin necə həyata keçirildiyi barədə təfsilatları yazıb. Bundan başqa, məktubda başqa sensasion məqamların da olduğu bildirilir».

«Bizim yol»: «Özəl klinikalarda «özəl» qiymətlər...»

«Bir klinikada 2 manat olan analiz digərində 15 manatdır. Dövlət xəstəxanalarında çalışan həkimlər xəstələri özəl klinikalara göndərir.

Səhiyyə naziri Oqtay Şirəliyevin 17 yanvar 2008-ci il tarixli əmri ilə fevralın 1-dən bütün tibb müəssisələrində pullu xidmətin ləğv olunması sözsüz ki, özəl tibb müəssisələrinə aid deyil. Dövlət tibb ocaqlarında pulsuz xidmət göstərilməsi haqda əmr isə sadəcə kağız üzərində qalıb. Qəzetimizin ötən saylarının birində Mərkəzi Respublika Xəstəxanasından hazırladığımız reportajda vətəndaşların necə soyulması haqda məlumat vermişdik.

Bu dəfə əhalinin nisbətən imkanlı təbəqəsinin üz tutduğu özəl klinikalarda durumu araşdırmağa çalışdıq.

İlk olaraq «Atlas» Tibb Mərkəzinə baş çəkdik. Burada çalışan İsfəndiyar həkim qiymətlərin baha olmasını klinikanın xərclərini özü ödəməsi ilə əlaqələndirir: «Klinika işçilərin maaşından tutmuş kommunal xərclərə qədər hər şeyi özü ödəyir. Ona görə də qiymətlər bir az yüksəkdir». Özəl tibb müəssisələrində qiymətlərin bahalığı həm də onların texniki avadanlıqların göstəricisindən də asılıdır. Eyni zamanda müayinə və müalicənin qiymətləri fərqlidir. Bir özəl tibb müəssisəsində 2 manata başa gələn analiz, digərində 15 manatadır.

Klinikalarda qiymətlər arasında dəhşətli fərq var. «Atlas» Tibb Mərkəzində qanın ümumi analizi 7 manatdır. «Nəbz» Tibb Mərkəzinin nəbzini tutmaq mümkün olmadı. İçəriyə daxil olub qiymətləri öyrənmək cəhdimiz baş tutmadı. Belə ki, sözügedən klinikada qiymətlər barədə heç bir məlumat vermədilər. «İnam» Tibb Mərkəzində isə kompleks müayinə 50 manat, həkim məsləhəti (müayinəsiz) 20, qarın boşluğu orqanlarının USM-i 20, yuxarı hissə qarın boşlugu orqanlarının USM-i (qara ciyər,öd kisəsi,mədəaltı vəzi ) 15 manat dəyərindədir».

«Azadlıq»: «Ramiz Mehdiyevin məqaləsi gecikib»:

«Dünən Kinomatoqrafçılar İttifaqının katibliyi ölkə telekanallarının problemlərilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsinin müzakirəsini keçirib. Məqalə bütünlükdə təqdir edilsə də, İttifaqın sədri Rüstəm İbrahimbəyov məqalənin 1-2 il gecikdiyini deyib. «Elə çıxmasın ki, sovet dövründəki kimi bir vəzifəli şəxs məqalə yazıb, biz də təcili onu müzakirə edirik, ölkə telekanallarındakı durumu illər boyu müzakirə etdik, amma özümüz deyib, özümüz eşitdik», - deyə R.İbrahimbəyov mövqeyini bildirib. O, rəsmi qurumların uzun müddət telekanallardakı səviyyəsizliyə münasibət ifadə etməməsinin bu durumla razı olması kimi qavranıldığını söyləyib. R.İbrahimbəyov qeyd edib ki, bu məqalədən mənfi nəticələr çıxarmaq istəyənlər ola bilər. «Kimlərsə bundan senzura tətbiqi, mədudiyyətlərə əl atmaq üçün istifadə edə bilər, biz telekanalların səviyyəsinin yüksəlməsinə tərəfdarıq, amma hər hansı senzura və məhdudiyyət tətbiqinin əleyhinəyik»,- deyə R.İbrahimbəyov İttifaqın mövqeyini açıqlayıb.

«Yeni Azərbaycan»: «Azərbaycan Olimpiya oyunlarını keçirmək üçün yenidən namizədliyini irəli sürəcək»:

«Gənclər və İdman naziri Azad Rəhimov Sloveniyanın məşhur qəzetlərindən biri olan «Delo» nəşrinə müsahibə verib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, dəfələrlə Slovenyada olduğunu, bu ölkəni çox bəyəndiyini bildirən nazir, hətta Pekin Olimpiya oyunları zamanı idmançılarımızın bir sıra geyimlərinin Sloveniyanın məşhur «Mura» şirkətinə həvalə edildiyini də diqqətə çatdırıb.

Müsahibə zamanı ilk olaraq bir neçə gün bundan öncə nazir Azad Rəhimovun Danimarka səfərinə və 2016-cı il Olimpiya oyunlarının Brazilyada keçirilməsinə toxunulub. Nazir artıq dəfələrlə Olimpiya oyunlarının Şimali Amerika, Avropada keçirilməsinə baxmayaraq, Latın Amerikası ölkəsində bu yarışların ilk dəfə gerçəkləşəcəyini, bunun üçün çox sevindiyini, hətta Brazilyaya səs verdiyini də bildirib. Eyni zamanda nazir, 2016-cı il Olimpiya oyunlarına Bakının da namizəd şəhər olduğunu və ilkin mərhələdə iştirak etdiyini söyləyib. Azad Rəhimov qeyd edib ki, Azərbaycan hökuməti sözün əsl mənasında böyük əmək sərf edib: «Görülən işlərin hər biri idmanın inkişafına yönəlib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, idman sahəsində gedən inkişaf 2020-ci ildə Azərbaycana yenidən öz namizədliyini irəli sürmək imkanı yaradacaq».

Buna da bax:

XS
SM
MD
LG